"Mən o adamları azarkeş adlandırmazdım" Petrov

Azərbaycan Premyer Liqasının birinci turunda evdə “Sabah”la 1:1 hesablı heç-heçə edən “Neftçi”nin müdafiəçisi Kiril Petrov oyundan sonra müsahibə verib.
 
Newsport.az xəbər verir ki, ukraynalı futbolçu öncə oyunu şərh edib:
 
- Ola bilər ki, komanda yoldaşlarımdan kimsə “Bney Yehuda”ya məğlubiyyəti həzm edə bilməyib. Mən artıq  həmin məğlubiyyəti unutdum. Bu gün oyuna yaxşı başladıq. Şanslar yaratsaq da, qapımızda qol gördük. Yaxşı ki, hesabı bərabərləşdirdik. Buna baxmayaraq, iki xal itirdik.
 
- “Sabah”ın iki topu dirəkdən qayıtdı. Nəticəni ədalətli sayırsınız?
- Düzdür, qol epizodlarına görə “Sabah” bizdən üstün idi. Ancaq oyuna nəzarət edən tərəf biz idik. Digər tərəfdən, bilmirəm ki, bu əks-hücumlar hardan peyda olur. Hər oyunda baş verir və əks-hücumları buraxırıq. Futbolçularla baxıb, bunu təhlil etməliyik.
 
- Azarkeşlər rəhbərliyi istefaya səsləyirdi. Bu, sizə təsir edirdi?
- Sadiq və əsl azarkeşlər belə ifadələrə yol verməz. Əsl azarkeş komandanı hər zaman dəstəkləyir. Oyun başlayan kimi kimisə istefaya səsləmək ağılsızlıqdır. Avropa Liqasında 10 min, indi isə 500 azarkeş gəlir. Mən o adamları azarkeş adlandırmazdım.
 
- “Neftçi”nin çempion olmaq gücü var? 
- Təbii ki, çempionluğa oynayacağıq, bu gün iki xal itirdik. Avropa Liqasında mübarizəni dayandırdıq. Ancaq bu, "Neftçi"nin Premyer Liqada qızıl medallara oynaya bilməyəcəyi anlamına gələ bilməz. Hər halda bizim uğursuzluqlarımız mətbuat üçün də bir səbəbdir ki, komandımızı tənqid atəşinə tutsunlar. "Neftçi", demək olar, Azərbaycanda yeganə komandadır ki, qalib gələndə hamı sevinir, uduzanda hamı məyus olur. 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah