Baqali Dabodan Bordinin qərarına sərt etiraz

"Neftçi" Azərbaycan Premyer Liqasının 1-ci turunda "Sabah"ı qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar"ın hücumçusu Baqali Dabo qarşılaşmada iştirak etməyəcək. Fransalı hücumçunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Stadionda meydana çıxmayacağını bilən Dabo baş məşqçi Roberto Bordinin qərarına əsəbləşib. O, akkreditasiyanı əsəbləşərək, yerə çırpıb.

Dabo "Neftçi"nin bu mövsüm Avropa Liqasında keçirdiyi altı oyunun dördündə zədəsinə görə meydana çıxmamışdı.

31 yaşlı forvard ötən mövsüm Premyer Liqada 14 qol vurmuşdu.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah