Ramin Musayev legioner limitinin ləğv edilməsini istəyir

“Legioner limiti artıq məni də narahat edir. Bunu ləğv etmək lazımdır. Beləcə yerli futbolçular arasında rəqabəti artırmaq olar”.

Newsport.az xəbər verir ki, bu sözləri sportinfo.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. O, azərbaycanlı futbolçuların öz üzərlərində işləməməsindən də gileylənib:

“Yerli futbolçular arasında rəqabətə fikir verin, biri əsas heyətə düşən kimi arxayınlaşır. Bununla irəli getmək olmaz. Legioner limiti ləğv olunmalıdır ki, azərbaycanlı futbolçular arasında rəqabət olsun. AFFA-nın qarşıdakı toplantısında bunu mütləq təklif edəcəm. Həm də klublar əcnəbilərin xidmətindən istədiyi kimi yararlanacaq”.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah