"Qarabağ"ın sabiq futbolçusu "Partizani"yə keçir

"Qarabağ"ın sabiq futbolçusu Çumbinyo karyerasını Albaniyanın "Partizani" klubunda davam etdirə bilər.

 

Newsport.az "Panorama Sports"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Tirana klubunun rəsmiləriylə görüşüb və anlaşma əldə edib. Növbəti günlərdə transferin rəsmiləşəcəyi gözlənilir.

 

Çumbinyo 2013/2015-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub. Braziliyalı futblçu Ağdam klubunun heyətində keçirdiyi 46 oyunda 11 qolun müəllifi olub. Əsasən Braziliya və Yunanıstan klublarında oynamış yarımmüdafiəçi Ağdam klubundan “Atromitos”a, daha sonra "Levadiakos"a keçmişdi. O, sonuncu dəfə ölkəsinin "Yuventude" klubunda çıxış edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah