AFFA rəsmisinə UEFA-dan təyinat

Əsas millimizin meneceri və AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. Newsport.az xəbər verir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

O, Avropa Liqasının pley-off mərhələsinın cavab oyunu çərçivəsində “Ferensvaroş” (Macarıstan) – “Suduva” (Litva) oyununda iş başında olacaq. Belə ki, Hacı-Məhərrəmov avqustun 29-dakı qarşılaşmada UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş Budapeşt şəhərindəki "Ferensvaroş" stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right