Honduras millisinin hücumçusu "Sabah"da

Honduras millisinin hücumçusu Rojer Roxas karyerasını Azərbaycanda davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, xəbəri diariomas.hn saytı yayıb. Kosta-Rikanın "Alajuelense" klubunda çıxış edən 29 yaşlı futbolçunun "Sabah"a keçəcəyi bildirilib. Xəbərdə paytaxt təmsilçisinin Roxasla bu gün müqavilə imzalayacağı qeyd olunub.

Rojer Roxas karyerası ərzində Paraqvayın "Olimpia", Səudiyyə Ərəbistanının "Əl-İttifaq" və Meksikanın "Nekaksa" klublarında da çıxış edib. O, Honduras millisində 28 oyuna 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right