Ağabala Ramazanov: "Hətta çempionatın ortasında da rəsmi təklif gəlsə, gedərəm"

Səbail"in hücumçusu Ağabala Ramazanov Premyer Liqanın 1-ci turunda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Newsport.az xəbər verir ki, 26 yaşlı hücumçu öncə qələbəni şərh edib və komandada maliyyə problemlərinin olmadığını söyləyib:

 

"Hamı düşünürdü ki, problemlərə görə oyunumuz alınmayacaq. Ancaq bu oyunda rəqibdən üstün olduq, çoxlu qol şansları yaratdıq. Ciddi hazırlaşıb, üç xal qaazndıq. Yalandan danışmağın mənası nədir ki, bu gün heç bir problemimiz yoxdur. Klubun mənə borcu yoxdur, gizlətmirəm. Tək mənə deyil, heç kəsə. Hər kəs bilir ki, madddi məsələlər vacibdir. Qarşıda nə baş verəcəyini bilmirəm. Ancaq indi normaldır. Hansısa futbolçunun üzgün olmağa, ürəksiz oynamağa səbəbi yoxdur. Problem olsa, komandanın çıxışına təsir edər. Müqavilədəki pulu alırıq".

 

Ötən həftələrdə "Zirə"yə transfer olacağı gözlənilən Ağabala keçidin alınmamasından danışıb:

 

"Maraqlanırdılar, real söhbət idi. Götür-qoy edib, "Səbail"də qaldım. Hər şey qaydasındadır. Problemlərin ola biləcəyini nəzərə alaraq, "Zirə" variantı yaxşı idi. "Səbail"dəki iclasdan sonra hər şey düzəldi. İndi mənim üçün "Zirə" söhbəti yoxdur".

 

Ramazanov adının Rumıniyanın "Universitatya Krayova" klubu ilə hallanmasına münasibət bildirib:

 

"Rəsmi təklif deyildi, ancaq maraqlandıqlarını bilirdim. Özüm də istəyirdim ki gedim, buna hazır idim. Hamı qınayır, yazırlar ki, Ağabala getmək istəmir. Şəxsən istəyirəm ki, xaricdə oynayım. Xaricdən təklif olsa, 100 faiz dəyərləndirəcəm. Hətta çempionatın ortasında da rəsmi təklif gəlsə, gedərəm. İnanıram ki, "Səbail" problem yaratmayacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right