İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı İrqçiliyə görə

İngiltərə Premyer Liqasının ilk turunda keçirilən və “İdman Azərbaycan” telekanalı vasitəsiylə canlı yayımlanan “Mançester Yunayted” - “Çelsi” matçı zamanı irqçiliyə yol varən şərhçi İsmayıl Abdullayev 1 ay müddətinə efirdən uzaqlaşdırılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Abdullayevin özü "İnstagram" hesabında paylaşım edib:

“Gözünüz aydın! Bir ay müddətinə şərhlərdə olmayacam. Bilmirəm, qayıdacam, yoxsa yox”.

Həmin oyun zamanı şərhçilər Tərlan Şahinoğlu ilə İsmayıl Abdullayev arasında dialoq yaşanıb. Şahinoğlu “Çelsi”nin futbolçusu N'Golo Kanteni nəzərdə tutaraq, “Kante geriyə qayıtdı, özünü oda atdı, amma yanmadı” deyib. İsmayıl Abdullayev isə cavabında “Yansaydı da, rəngində bir fərq olmayacaqdı” söyləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right