"Keşlə" 500-cü qolu buraxdı

Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün ilk qolu “Keşlə” klubu üçün uğursuz yubileylə əlamətdar olub.

Newsport.az PFL-ə istinadən xəbər verir ki, çempionatın açılış oyununda “Qarabağ”a 0:1 hesabı ilə uduzan bakılılar yarışın tarixində 500-cü dəfə qol buraxıb. Bu topa Ağdam klubunun üzvü İsmayıl İbrahimli imza atıb. Paytaxt təmsilçisi 546-cı qarşılaşmada 1000-i yarılayıb.

Müxtəlif illərdə “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən komanda orta hesabla hər qarşılaşmada 0,92 top buraxıb. Yüksək dəstədə 1999/2000 mövsümündə debüt edən Bakı klubu evdə 195, səfərdə 305 qola üzülüb. “Keşlə” ölkə çempionatları tarixində ən çox qol buraxan 6-cı komandadır. “Turan” 690, “Kəpəz” 645, “Qarabağ” 614, “Neftçi” 604, “Bakı” 531 dəfə topu qapısında görüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right