"Qenqam"ın prezidenti Bakıya gəldi - "Qarabağ" Zubiri satacaq?

Vinger axtarışında olan Fransanın "Qenqam" klubu "Qarabağ"ın futbolçusu Abdullah Zubirlə ciddi şəkildə  maraqlanır.

Newsport.az letelegramme.fr saytına istinadən xəbər verir ki, ötən mövsüm I Liqanı tərk edən klubun prezidenti Bertrand Desplat və agent Stefan Karno Bakıya gəlib. Onlar 27 yaşlı futbolçunun transferi üçün "Qarabağ"la danışıqlar aparır.

"Qarabağ" Əlcəzair əsilli fransalı futbolçunu 2018-ci ilin yayında "Lans"dan 1 milyon avroya transfer edib. Zubirin müqaviləsi gələn yay başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right