Kamran Ağayev I Divizionda?

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev növbəti mövsüm I Divizionda oynaya bilər.

Newsport.az-ın məlumatına görə, "Keşlə"dən ayrılan 33 yaşlı qolkiper yenidən sabiq klubuna üz tutmaq üzrədir. Ancaq əsas yox, əvəzedici komandaya. Buna səbəb onun elita təmsilçilərindən təklif almamasıdır.

Ötən çempionatın gedişində zədə aldıqdan sonra uzun müddətdi futbolsuz qalan Kamran formasını bərpa etmək üçün qışa qədər I Divizionda oynamaq niyyətindədir. Premyer Liqa klublarından təklif gələcəyi halda isə 33 yaşlı futbolçu qərarını dəyişə bilər. Ancaq indiyə qədər maraq yoxdur və aşağı liqa hazırda əsas variantdır (futbolpress.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right