"Boka Xuniors" qapıçısını "Qarabağ"a satmağa hazırdır

"Boka Xuniors" "Qarabağ"ın maraqlandığı iddia edilən qapıçısı Marko Diası satmaq fikrinə düşüb.

Newsport.az-ın məlumatına görə, Argentina klubu 33 yaşlı qolkiperin əvəzinə yeni qapıçı axtarmağa başlayıb.

Buenos-Ayres təmsilçisi Argentina kubokunun 1/16 final mərhələsində "Almaqro"ya penaltilər seriyasında uduzduğu matçdan sonra Diası satmağa qərar verib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə "Boka Xuniors"un yeganə qoluna yeni transfer Daniele De Rossi imza atıb. Penaltilər seriyasında isə Dias komandasına kömək edə bilməyib.

Daha öncə Argentina mətbuatı "Boka Xuniors"un "Qarabağ"ın təklifindən imtina etdiyini yazmışdı. Xəbərdə Ağdam klubunun Diasla maraqlandığı vurğulanıb.

Dias bu ilin əvvəlində "Urakan"dan "Boka Xuniors"a keçib. Təcrübəli qolkiperin müqaviləsi 2020-ci ilin yayında bitir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right