AFFA yeni liqa yaratdı oyunları məşqçilər idarə edəcək

2019/2020-ci il mövsümündən etibarən AFFA-nın təşkil etdiyi uşaq liqalarının siyahısına daha bir yaş qrupu üzrə turnir – U-9 Liqası əlavə olunacaq.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-9 Liqasının ilk mövsümü Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə keçiriləcək.

Liqada oyunlara sentyabrın son həftəsində start verilməsi planlaşdırılır. Mövsümə apreldə yekun vurulacaq.

Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək.
Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq, əvəzində, hər 3 şəhəri təmsil edən komandalar mövsümün sonuna qədər çıxış edəcəklər. Oyunların idarə olunması hər hissədə bir komandanın məşqçisinə həvalə olunacaq.

Liqanın yeni formatda təşkilində məqsəd uşaqların daha çox oyun keçirməsinə, komandaların oyunun nəticəsinə deyil, keyfiyyətinə diqqət ayırmasına nail olmaqdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right