Əmrah Çəlikəl təsdiqlədi: "Qurbanovla 3 illik müqavilə bağlamışıq"

"Qurban Qurbanovla yeni müqavilə bağlamağımıza ehtiyac görmürük". 

Newsport.az-ın məlumatına görəbu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib. Ağdam klubunun rəhbəri 11 ildir iş başında olan təcrübəli mütəxəssislə bir müddət əvvəl 3 illik yeni müqavilə imzaladıqlarını təsdiqləməklə yanaşı, bunun formal xarakter daşıdığını vurğulayıb:

"Əvvəla, baş məşqçinin bizimlə davam edən müqaviləsi var və biz onu ötən mövsümün axırında rəsmiləşdirmişik. İkincisi, Qurban Qurbanov "Qarabağ"a kontraktla deyil, mənəvi bağlarla bağlıdı. Müqavilə sadəcə, komandanın başında olması, meydana çıxarması, bir sözlə, rəsmi prosedur üçündür. Həm rəhbərliyin Qurban müəllimə, həm də onun rəhbərliyə münasibəti eynidir. Bizim onunla münasibətimiz tam fərqlidir. İnşallah, o, daha uzun illər «Qarabağ»da olacaq və daha da irəli aparacaq. Faktiki olaraq aramızda 3 illik müqavilə var. Onu da bugünlərdə imzalamamıışıq. İmza ötən sezonun axırında atılıb. Amma bir qədər vurğuladığım kimi, müqavilə formal bir şeydi. Bu, həmişə belə də davam edəcək". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right