"Zirə" millinin üzvləri ilə müqavilə imzaladı FOTOLAR

Ötən mövsüm "Zirə"nin U-16 komandasında çıxış edən Cəlal Hüseynov və Vüsal Əliyev əsas komandaya cəlb olunub.

Newsport.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 16 yaşlı futbolçularla 3 illik yeni müqavilə bağlanılıb. Bu futbolçulardan Cəlal Hüseynov əsas komandanın Türkiyədəki təlim-məşq toplanışında da iştirak etmişdi. Vüsal Əliyev isə komanda Bakıya döndükdəkn sonra məşqlərə cəlb olunub. 

Cəlal Hüseynov və Vüsal Əliyev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvüdü. Hüseynov sözügedən yaş qrupu üzrə millinin kapitanıdır.

 

Image may contain: 2 people, people smiling, people standing and outdoor

Image may contain: 2 people, people sitting

Image may contain: 3 people, people standing and outdoor

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right