Dünya çempionatlarının tarixinə düşən futbolçu Azərbaycan klubuna keçir?

Cənubi Afrika Respublikası millisinin üzvü Sipive Çabalala karyerasını Azərbaycanda davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi Premyer Liqa klublarından biri ilə danışıqlar aparır. Çabalala daha iki il futbol oynayıb, karyerasını başa vurmaq fikrindədir.

Futbolçunun agenti hazırda Azərbaycandadır və danışıqlar aparır. Ötən mövsüm "Ərzurumspor"da çıxış etmiş futbolçunun müqaviləsi uzadılmayıb.

Çabalala 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatının açılış matçında ilk qolun müəllifi kimi tarixə düşüb.

Xəbərdə Hendrik Eksteynin "Sabah"da çıxış etdiyi, Dino Ndlovunun "Qarabağ"da parlaq karyera yaşadığı qeyd olunub.

Çabalala 2007-2018-ci illərdə ölkəsinin "Kayzer Çifs" klubunda 209 oyuna 34 qol vurub. O, ötən mövsüm "Ərzurumspor"da 17 oyun keçirib.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right