"Sabah"dan ayrılan futbolçu "İndependyente"də

Ötən mövsümün sonunda "Sabah" klubundan ayrılan paraqvaylı futbolçu Erik Ramos ölkəsinə dönüb.

Newsport.az-ın məlumatına görə, paytaxtın "İndepentye" klubuna transfer olub. 32 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Paraqvay millisinin sabiq üzvü ölkəsində “12 Oktyabr”, “3 Fevral”, “Rubio”, “General Dias” komandalarının şərəfini qoruyub. Ramos 2012-2016-cı illərdə “Neftçi” klubunun uğurları üçün çalışıb. O, ötən mövsüm "Sabah"a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right