"Mançester Siti"də yeni qapıçı

“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib. 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın son çempionu “Derbi Kaunti”dən qapıçı Skott Karsonu heyətinə cəlb edib.  33 yaşlı ingiltərəli qolkiper 1 illik icarəyə götürülüb.

Qeyd edək ki, 2015-ci ildən “Derbi Kaunti”də çıxış edən Karson indiyədək “Liverpul”, “Şeffild Uensdey”, “Çarlton”, “Aston Villa”, “Vest Bromviç”, “Bursaspor” və “Uiqan”da da oynayıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah