UEFA Azərbaycan klubunu cərimələyəcək

“Neftçi” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Bney Yehuda” (İsrail) ilə görüşünə görə cərimələnəcək.

Newsport.az-ın xəbərinə görə, ikinci hissədə “Bney Yehuda” futbolçularının vaxt aparmaq üçün yerdə uzanması, meydançanı gec tərk etmələri “Neftçi” azarkeşlərinin əsəblərini cilovlaya bilməməsinə səbəb olub.

Nəticədə, meydançaya plastik su şüşələri atılıb. Bu isə “Neftçi”nin UEFA tərəfindən cərimələnəcəyi deməkdir. Konkret cərimə məbləği isə UEFA-nın İntizam Komitəsinin iclasından sonra açıqlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right