Kiril Petrov: "Hakim oyunu normal idarə edə bilmədi"

“Neftçi”nin müdafiəçisi Kiril Petrov Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib.
 
Newsport.az-ın məlumatına görə, ukraynalı futbolçu 2:2 hesabıyla başa çatan oyundan sonra jurnalistlərə müsahibəsində öncə bunları söyləyib:
 
- Bu, futboldu, hər şey baş verə bilər. Əvvəlcədən hesab təxmin etmək doğru deyil. Ancaq yaxşı ki, biz ikinci qolu vurub, oyuna qayıtdıq. Bilirdik ki, onlar əks-hücumda oynayır, ancaq yenə də səhvlər etdik. İndi onlara qarşı necə oynayacağımızı bilirik.
 
- “Arsenal”ı keçdiyiniz üçün komandada eyforiya yaşanırdı?
- Heç bir eyforiya yox idi. “Bney Yehuda” ilə matça “Sperantsa” və “Arsenal”la oyunlardakı kimi hazırlaşmışdıq. Onların oyunlarına baxmışdıq. Necə oynayacaqlarını təxmini bilirdik.
 
- Daha beş dəqiqə oynasaydınız, qalib “Neftçi” ola bilərdi?
- Hakim əlavə 5 dəqiqə əlavə etsəydi və referini əvəzləsəydilər, bəlkə də, biz qalib gələ bilərdik.
 
- Hakim niyə “Neftçi”yə qarşı aqressiv idi? “Bney Yehuda” oyuna rahat şəkildə uzada bilirdi...
- Deməzdim ki, bizə qarşı aqressiya olub. Sadəcə, o, oyunu lazım olan şəkildə idarə edə bilmədi. Özü FIFA referisidi, amma ali futbol qurumunun səviyyəsində oyun idarə edə bilməyib. Öz azərbaycanlı hakimlərimizdən şikayət ediriksə, bu referidən nə deyək?
 
- “Neftçi” İsraildə mərhələni keçə biləcək?
- Qeyri-idman hərəkətlərinə görə, növbəti oyunda onları cəzalandırmalıyıq. Onlara İsraildə göstərməliyik ki, futbol və “Neftçi” nədi. Futbol meydanda qulağını tutub, uzanmaqdan ibarət deyil.
 
- Onların bu hərəkəti sizi daha da motivasiya etdi və bərabərlik qolunu vurdunuz...
- Məncə, hakim rəqibə belə oynamağa imkan verdi. Təbii ki, bu amil bizi motivasiya etdi. İsraildə burda ikinci hissədə oynadığımız oyunu nümayiş etdirəcəyik/

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right