Dario Frederiko: “Buraxdığımız iki qol “Bney Yehuda”nın gözəl oyununa görə deyildi”

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə İsrailin “Bney Yehuda” klubu ilə 2:2 hesablı heç-heçə edən “Neftçi”nin yarımmüdafiəçisi Dario Frederiko jurnalistlərin suallarını cavablandırıb.
 
Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu öncə oyunu şərh edib:
 
- Gözlənilmədən diqqətsizlikdən iki qol buraxdıq. Buna baxmayaraq, bütün komanda ilə hücum etməyə çalışırdıq. Rəqib əks-hücumda iki qol vurdu. Komanda düzgün ruh yüksəkliyi və əzmkarlıq göstərdi. Sona qədər vuruşduq, məğlubiyyətdən xilas olduq.
 
- Rəqib hesabda 2:0 önə keçəndə qalib gələ biləcəyinizi düşünürdünüz?
- Əlbəttə. İlk hissənin sonlarına yaxın vurduğumuz qol bizə daha çox inam verdi. Paltardəyişmə otağında baş məşqçi müəyyən taktiki dəyişikliklər etdi və öz tapşırıqlarını verdi. İnamımız böyük idi ki, oyunda dəyişiklik edəcəyik. Məğlubiyyətdən qaça bildik.
 
- Oyununun alınmaması nə ilə bağlı idi?
- İnanmıram ki, öz oyunumu göstərə bilməyim. Bacardığım qədər komandaya kömək etməyə çalışıram. Son oyunlar hamı görür ki, “Neftçi” qalib gəlir. Axırıncı iki oyunda iki qola imza atmışam. Deməzdim ki, oyunumuz istənilən kimi alınmır.
 
- Bu gün komandaya kömək edə bildin?
- Əlbəttə, inanıram ki, köməyim dəydi. İlk qolda mənim zərbəmdən sonra top Monrozun qarşısına düşdü və o da fərqləndi. O qolda mənim də payım oldu.
 
- İsraildəki oyunda şansları necə hesab edirsən?
- Komandaya inamım böyükdür. Son oyunlar yaxşı çıxış edirik. Güclü komanda olduğumuzu göstərmişik. İsrailə yalnız qələbə üçün gedəcəyik. Öz futbolumuzu oynayacağıq. Buraxdığımız iki qol “Bney Yehuda”nın gözəl oyununa görə deyildi. Buraxdığımız səhvlərdən sonra qapımızda qol gördük. İnamımız böyükdür ki, nəticə xeyrimizə olacaq.
 
- Mətbuatda “Bney Yehuda”nın Tula “Arsenal”ından daha zəif rəqib olduğu barəəd yazılanlar sizi arxayınlaşdırmırdı?
- Deməzdim ki, sosial şəbəkələr və mediada verilən şərhlər bizə əks təsir etsin. İndiki zamanda futbolda zəif və güclü komanda anlayışı yoxdur. Zəif komandaların güclü rəqiblərə qalib gəldiyini dəfələrlə görmüşük. Bu da futbolçuların əzmkarlığından asılıdır. Bunların təsir etdiyini deməzdim.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right