Aleksey İsayev "Neftçi"də?

"Sumqayıt"ın futbolçusu Aleksey İsayev yeni mövsümün hazırlığı üçün hələ də komandanın düşərgəsinə qatılmayıb.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi karyerasını "Neftçi"də davam etdirə bilər. Azərbaycan millisinin üzvü ilə danışıqlar gedir.

Aleksey ötən yay "Sumqayıt"la iki illik müqavilə imzalamışdı. İsayev Azərbaycan millisinə dəvət alsa da, debüt etməyib.

“Yenisey”in yetirməsi olan futbolçu 2014-cü ildə Krasnoyarsk təmsilçisinin əsas heyətinə yüksəlib. 2016-cı ilə qədər “Yenisey”in şərəfini qoruyan yarımmüdafiəçi 35 oyunda 3 qola imza atıb. 2016-cı ildə “Zenit”ə transfer olunan Aleksey komandanın əvəzedici heyətində 24 matçda forma geyinib. 2017/18 mövsümünü yetirməsi olduğu “Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 25 qarşılaşmada 2 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlmişdi.

Rusiyada doğulan futbolçu ötən mövsüm "Sumqayıt"ın heyətində 31 rəsmi oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right