Ramin Musayev: "Futbolçulara düzgün nümunə olmaq lazımdır"

Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan I Divizionunun 2019/2020-ci illər mövsümünün püşkatma mərasimi keçirildi.

 

Newsport.az PFL-ə istinadən xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, jurnalistlər, futbol ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Hamını salamlayan və növbəti mövsümdə komandalara uğurlar arzu edən PFL prezidenti R.Musayev I Divizion barəsində fikirlərini bölüşdü:

 

“Təəssüf ki, ötən il də bəzi oyunlar ətrafında mənfi söhbətlər dolaşdı. Hətta hadisələrdən heç bir məlumatı olmayan komandaların adı da olaylar ətrafında hallandı. Mən hamınızdan xahiş və tələb edirəm, idman prinsipinə sadiq qalaq, yaradılmış şəraitdən normal istifadə edək. Atılan neqativ addımlar gənc futbolçulara təsir edir. Futbolçulara düzgün nümunə olmaq lazımdır. Çalışın, yeni futbolçular yetişdirin. Bizim çempionatı keçirmək səbəblərimizdən biri də milli komandaya futbolçu yetişdirməkdir. Əgər il ərzində hər komanda milli üçün heç olmasa 1 futbolçu yetişdirə bilsə, bu, mövsümün sonunda yığma üçün 12-13 yeni futbolçu deməkdir”.

 

Qeyd edək ki, I Divizionda ilk turun oyunları 22-23 avqustda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right