Qurban Qurbanov: "Onların adını da söyləmək istəmirəm"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov supersport.az-a açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəldikləri oyunda yerli azarkeşlərin tribunalarda erməni bayraqlarının asması barədə geniş danışmaq istəməyib:

 

“Ümumiyyətlə, onlar haqda danışmaq, heç adlarını da söyləmək istəmirəm. Biz peşəkarıq, idmançıyıq, bütün diqqətimiz oyunda idi. Bizə lazım olan sərfəli nəticə və ölkəmizi layiqincə təmsil etmək idi. Allaha şükürlər olsun ki, çətin olsa da, bunu əldə edə bildik. Təxribatlara gəlincə, bu günə kimi olub və olacaq da. “Qarabağ” komandası olaraq düzgün işimiz, istəyimiz, oyunumuzla uğurlar qazanmalıyıq ki, belə təxribatlar bizə təsir etməsin".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right