"Gələn mövsümdən Premyer Liqamızda 10 komanda olacaq" - Musayev

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2020/2021 mövsümündən çempionatda 10 komandanın mübarizə aparacağını deyib:

"Futbol bayramıdır, klublarımızı təbrik edirəm. Gələn mövsüm 8 deyil, 10 komanda Premyer Liqada yarışacaq. Bu qərar qüvvədədir. Daha gərgin çempionat olacaq. PFL yaranandan hələ olmayıb ki, 1-2-ci yeri tutan komanda öz sözünü deməsin. Hər mövsümdə olduğu kimi, kim güclü, o da qalib gələcək. Çempionatın yeni adı PFL-lə bağlı olacaq "Topaz" isə sponsorluğunu dayandırdı. Peşmanlığımız yoxdur. "Topaz" kimi bukmeker şirkəti daha çox pul təklif edir. Ayın 16-na kimi hər şey dəqiqləşəcək".

Musayev "Qəbələ"nin I Divizionda çıxış etməyəcəyi üçün cərimə ediləcəyini deyib:

"I Divizionda yarış avqustun 23-ü start götürəcək. Yarışda 13 komanda mübarizə aparacaq. "Qəbələ" turnirdən imtina etdiyi üçün 50 min manat cərimələnəcək. Klublara iştirak üçün 50 min manat ayrılır".

Qurum rəsmisi "Səbail" və "Qəbələ"nin maliyyə cəhətdən zəifləməsi barədə bunları bildirib:

"Dünyanın hər nöqtəsində güclü və zəif var. Bu, insanlar üçün də belədir. Buna görə də narahat olmağa dəyməz. İnanmıram ki, "Qəbələ" və "Səbail" ruhdan düşsün. Əksinə, yerli oyunçular legionerlər getsə, şansdan istifadə etməlidir. Bizim futbolçularda çox arxayınlıq var. Tərifləyən kimi özündən gedir. Üç dəfə tərifləyəndə dördüncü gün qəlyanxanada görəcəksən. Ona görə də başlarında "dubinka" olmalıdır. Valideynlərdən də çox şey asılıdır. Fikirləşməyin ki, "Qəbələ" və "Səbail" zəifləyəcək. "Səbail"in sponsoru klubdan imtina etmir. Sadəcə, gecikmə var. Futbolçular müqavilədəki pulu alacaq. Bəziləri tələsir, bir-birini yola verməlidirlər".

Futbol funksioneri Avropa Kuboklarında yoluna davam edən "Neftçi" və "Qarabağ"dan danışıb:

"Avropa Kuboklarında iki klub yoluna davam edir və onlara uğurlar arzu edirəm. "Neftçi"nin "Arsenal"ı mübarizədən kənarlaşdırmasından sonra iki gün telefonum susmadı. Rusiyadan çoxlu zənglər gəldi. Hamı deyirdi "Neftçi" "Arsenal"ı keçə bilməyəcək. Çünki Rusiya Premyer Liqasını təmsil edir. Ancaq nəticə fərqli oldu. Ona görə də, "Qarabağ"ın "Ayaks"la düşmək ehtimalından qorxmaq lazım deyil. İndidən isə danışmaq istəmirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right