"Liverpul"dan Belçika klubuna transfer oldu

"Liverpul"un qapıçısı Simon Minyole karyerasını Belçikada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı əlcək sahibi "Brügge"yə transfer olub. Klub saytının məlumatına görə, belçikalı qolkiperlə 5 illik müqavilə imzalanıb. Təcrübəli qapıçının transferi üçün "qırmızlar"a 7+2 milyon avro təzimnat ödənilib.

"Liverpul" Minyoleni 2013-cü ildə "Sanderlend"dən 10,6 milyon avro qarşılığında transfer etmişdi. O, mersesaydlılarda 204 oyun keçirib və ötən mövsüm Çempionlar Liqasının qalibi olub. Minyole 21 dəfə Belçika yığmasının çərçivəsini qoruyub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah