Xəbərimiz təsdiqlənir: Gerye “Neftçi” ilə müqavilə bağlayır

“Qarabağ”dan ayrılan Donald Gerye karyerasını “Neftçi”də davam etdirəcək. Haitili cinah müdafiəçisinin paytaxt klubuna keçidi artıq dəqiqləşib.

Newsport.az-ın məlumatına görətərəflər bütün şərtlərdə razılığa gəliblər və 2 illik müqaviləyə qol çəkəcəklər. “Neftçi” yeni transferini Avropa Liqasının III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə oyunlar üçün UEFA-ya sifariş edəcək.

Gerye 2017-ci ilin yayında Türkiyənin “Alanyaspor” klubundan “Qarabağ”a keçmişdi. Bu yay o, Ağdam təmsilçisi ilə yeni sözləşmə ilə bağlı razılığa gəlsə də, tərəflər son anda müqaviləni uzatmaqdan imtina etmişdi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right