Mahirə xaricdən daha bir təklif

“Qarabağ”ın hücumçusu Mahir Mədətova xaricdən daha bir təklif gəlib.

Newsport.az-ın məlumatına görə, Türkiyə superliqa təmsilçisi “Gənclərbirliyi” 21 yaşlı futbolçunu transfer etmək üçün Ağdam klubuna rəsmi müraciət edib. Ankara təmsilçisi Mahiri hələlik 1 illik icarə qaydasında heyətinə cəlb etmək istəyir.

Bundan başqa, İspaniya Sequndasında çıxış edən “Estremadura” klubunun da Mahiri heyətində görmək fikri ciddidir. Bununla əlaqədar “Qarabağ”a rəsmi təklif irəli sürülüb.

“Qarabağ”ın Mahirin transferi ilə bağlı yaxın vaxtlarda qərar verəcəyi gözlənilir. Onun elə bu yay xarici klublardan birinə keçidi ehtimalı yüksəkdir.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right