"Qəbələ"nin futbolçusu əməliyyat edildi

"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Dinamo" klubuna uduzduğu (0:3) cavab görüşündə müdafiəçisi İvitsa Juniç xoşagəlməz hadisə yaşadı.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın ilk hissəsində xorvatiyalı müdafiəçi komanda yoldaşı Rasim Ramaldanovla toqquşdu. Ramaldanovun yerə sərdiyi futbolçu dərhal ambulans maşınıyla xəstəxanaya aparıldı.

Almacıq sümüyü qırılan  30 yaşlı futbolçu Tbilisidə əməliyyat edilib. Juniç ən azı 2 ay yaşıl meydanlara ayaq basmayacaq.

 

 

Juniç "Qəbələ"yə bu yay Qazaxıstanın "Atırau" klubundan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right