"Kəpəz" 26 futbolçu ilə başladı

“Kəpəz” I Divizionda yeni mövsümün hazırlığına start verib.

Newsport.az-ın məlumatına görə, ötən gün bir araya gələn komanda Gəncə şəhər stadionunun yardımçı meydançasında məşq edib. Futbolçular baş məşqçi Yaşar Vahabzadə və köməkçilərinin təlimatına uyğun olaraq topsuz çalışmalar üzərində işləyiblər.

Komanda üzvləri əsasən fasilələrlə müəyyən vaxt müddətində qaçıblar. 26 oyunçunun qatıldığı ilk məşq prosesi təxminən saatyarım davam edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right