"Oyun baxımından müsbət irəliləyişlər var" - Tərlan Əhmədov

“Maraqlı və gərgin oyun alındı. Rəqibimiz Türkiyənin Superliqa təmsilçisi idi. Güclü və hazırlıqlı komandaya qarşı yaxşı oyun nümayiş etdirdik. İlk hissədə baxışda olan iki futbolçunu meydana buraxmışdıq. Buna baxmayaraq komanda inamlı oynadı, xətlər arasında anlaşma yaxşı səviyyədə idi və bu, bizi sevindirir".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Türkiyəd təlim-məşq toplanışı çərçivəsində qardaş ölkənin Superliqa təmsilçisi "Çaykur Rizəspor"a 0:3 hesabı ilə uduzduqları yoxlama görüşünü şərh edərkən deyib.

Klubun mətbuat xidmətinə danışan 47 yaşlı mütəxəssus bu matçda komandasının ötən oyunla müqayisədə daha yaxşı təsir bağışladığını bildirib: "Oyun baxımından müsbət irəliləyişlər var. Onu da qeyd etmək istəyirəm ki, hər iki hissədə oyunda hesabı aça bilərdik, bəzi epizodlarda qapı dirəyi rəqibi qoldan xilas etdi, eyni zamanda, təkbətəkdən də yararlana bilmədik. Amma buraxılan kiçik səhvlər qapımıza vurulan qollarla nətiləndi. Buna baxmayaraq, ümumilikdə komandanın nümayiş etdirdiyi oyundan razı qaldım”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right