Mahir daha bir İspaniya klubunun hədəfində "Qarabağ" hansı halda buraxacaq?

"Qarabağ"ın və Azərbaycan millisinin üzvü Mahir Emrelinin adı daha bir İspaniya klubu ilə hallanmağa başlayıb.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı hücumçunu Sequnda təmsilçisi "Almeriya" da rənglərinə bağlamaq istəyir. Daha öncə Sequndanın digər təmsilçiləri - "Malaqa" və "Ekstremadura"nın Mahirin transferində maraqlı olduğu məlum idi.

Xəbərdə qeyd edilib ki, əgər "Qarabağ" Çempionlar Liqasında çıxışını başa vursa, Mahir İspaniyaya yollanacaq. Ağdam klubu turnirlə vidalaşsa, milli üzvü üç klubdan birini seçəcək.

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right