"Sumqayıt" "Akhisarspor"la bərabərə qaldı

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” sonuncu - 5-ci yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Türkiyə I Liqa təmsilçisi “Akhisarspor” klubu ilə qarşılaşıb. Oyunda hesab açılmayıb.

"Sumqayıt" daha öncə "Petrolul" (Rumıniya - 2:2) və "Gənclərbirliyi" (Türkiyə - 1:1) ilə bərabərə qalmışdı. "Göyərçinlər" “Ahal”a (Türkmənistan - 1:0) qalib gəlib, "Diyarbakırspor"a (Türkiyə - 0:1) isə uduzmuşdu.

 

"Sumqayıt" – "Akhisarspor" - 0:0

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right