Donald Gerye “Neftçi”də? ÖZƏL

“Qarabağ”dan problemli şəkildə ayrılan Donald Gerye “Neftçi”yə keçə bilər.

Newsport.az-ın əldə etdiyi məlumata görə, Avropa Liqasında 3-cü mərhələ oynayacaq paytaxt klubu onun xidmətində maraqlıdır.

“Ağ-qaralar” hələ “Qarabağ”da çıxış edərkən haitili futbolçuya təklif göndəriblər. Həmin vaxt maaş olaraq daha yüksəm məbləğ istəyən Donald “Neftçi”dən illik 400 min avro istəyib. Lakin Bakı klubu bu məbləği verməkdən imtina edib. Hazırda isə o, daha aşağı maaşla oynamağa hazırdır. Bu səbəbdən də “Neftçi” rəhbərliyi onu heyətə qatmaq üçün çalışmaları davam etdirir.

Qeyd edək ki, Donald Gerye ötən mövsümü “Qarabağ”da keçirib. Tərəflər arasında yeni müqavilə imzalanacağı barədə razılıq əldə edilsə də, haitili bazaya gec döndüyü üçün Ağdam təmsilçisi yeni müqavilədən imtina edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right