"Neftçi" Azərbaycanın reytinq xalını zənginləşdirdi

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, evdə Rusiyanın “Arsenal” klubunu məğlub edən (3:0) "Neftçi" Azərbaycana 0,250 xal qazandırıb. Azərbaycan son 5 mövsümdəki xallarını 17,125-ə çatdırıb və 26-cı sıradakı mövqeyini qoruyub. 25-ci yerdə qərarlaşan Qazaxıstanın 18,000 xalı var.

Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna 0:3 hesabı ilə uduzan "Qəbələ" rentinq xalı qazandırmayıb.

Bu mövsüm Avropa Kuboklarında 4 oyunun hamısında qalib gələn "Neftçi" 1 reytinq xalı qazandırıb. 2 qələbə və 2 heç-heçəsi olan "Qarabağ"ın qazancı isə 0,750 xaldır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right