"Qəbələ"nin futbolçusunun almacıq sümüyü qırılıb

"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" klubuna səfərdə 0:3 hesabı ilə uduzub.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın ilk hissəsində "Qəbələ"nin iki müdafiəçisi - Rasim Ramaldanovla İvitsa Juniç kəllə-kəlləyə toqquşub. Zuniç toqquşmadan sonra huşunu itirib. Meydana hər iki komandanın həkimləri daxil olub, tibbi yardım ediblər. Xorvatiyalı futbolçu xərəkdə meydanı tərk edib. 30 yaşlı futbolçu ambulans maşınıyla xəstəxanaya aparılıb.

"Qırmızı-qaralar"ın məşqçisi Zaur Həşimov zədəli futbolçunun son durumu barədə məlumat verib: "Həkimlərin rəyinə görə zədələnərək əvəzlənən İvitsa Juniçin almacıq sümüyündə sınıq var. O, əməliyyat olunmalıdır".

Juniç "Qəbələ"yə bu yay keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right