"Qarabağ" APOEL-i də keçəcək" - "Dandolk"un baş məşqçisi

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Bakıda “Qarabağ”a uduzaraq (0:3), mübarizəni dayandıran (ilk oyun – 1:1) İrlandiyanın “Dandolk” klubunun baş məşqçisi Vinni Pert matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlırin suallarını cavablandırdı.

 

Newsport.az xəbər verir ki, əvvəlcə görüş barədə fikirlərini bildirdi...

 

- İlk oyundan sonra çox iddialı danışırdız. Ancaq bunu müydanda görmədik...
- Bu, iddia deyildi. Sadəcə, biz öz komandamıza inanırdıq. “Qarabağ” bizdən bir neçə səviyyə yüksək idi. Rəqibə çox böyük hörmətimiz var idi. “Qarabağ” son 7 ildə qarşılaşdığımız ən güclü rəqib idi.

 

- Oyun gözlədiyiniz kimi keçdi?
- Bəli. Biz bilirdik ki, “Qarabağ” topla daha çox oynayacaq. İkinci hissədə imkanlarımız oldu. Dəyərləndirə bilmədiyimiz üçün üzgünük. Sözsü ki, bu gün güclü olan qələbə qazandı. Mən öz komandamdan çox razıyam. Rəqibə isə hörmət edirik və onlara uğur arzulayırıq.

 

- Bakının istisi oyununuza nə dərəcədə təsir etdi? Hər imkanda futbolçularınızı su içməyə tələsirdi.
- Biz adətən 10 dərəcə daha aşağı temperaturda oynayırıq. Təbii ki, çətin idi. Lakin bunu səbəb kimi ghətirmək istəmirəm. Rəqibin səviyyəsi çox yüksək idi. Bu da imkan vermirdi ki, biz topu alaq. Bəzi səhvlərimiz də oldu.

 

- “Qarabağ”ın APOEL-lə mübarizədə şanslarını necə görürsüz?
- Kiperdən heç kəsin xətrinə dəyməmək şərtilə qeyd etmək istərdim ki, mən həmin oyunlarda “Qarabağ”a azarkeşlik edəcəm. Biz də istərdik ki, kiçik ölkədən böyük klub olaq. Həmin dueldə “Qarabağ”ı favorit görürəm və düşünürəm ki, mərhələ adlayacaqlar.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right