Emil Balayevin maaşı azaldıldı klub rəsmisindən açıqlama

Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubu bir sıra qərarlar verib.

 

Newsport.az prosports.kz saytına istinadən xəbər verir ki, klub futbolçuların maaşlarını azaldıb. Buna səbəb komandanın Avropa Liqasının I təsnifat mərhələsində mübarizəni dayandırması olub.

 

Klubun direktoru Nikolay Panin bununla bağlı açıqlama verib:

 

"Əvvəlcə qazaxıstanlı azarkeşlərdən Avropa Liqasındakı uğursuzluqla bağlı üzr istəyirik. Vladimir Qazzayaevə komandamızı çalışdırdığı üçün təşəkkür edirik. "Tobol" öz imkanları hesbaına yaşayır. Klub əvvəlki kimi çalışmağa davam etmək üçün Avropa Liqasında mərhələ keçmək məcburiyyətində idi. Bundan sonra UEFA-dan gələcək mükafatlara və digər bonuslara güvə bilərdik. Ancaq təəssüflər olsun ki, ilk mərhələdə bizim çıxışımız sona çatdı. İndi "Tobol"da maliyyə xərclərinin optimallaşdırılması gedir. Klub işçilərinə və futbolçulara maaşların azaldılmasını təklif etdik. Vladimir Qazzayev bununla razılaşmadı və istefa verdi. Onun qərarına hörmətlə yanaşdıq. Əllərini sıxıb bir-birimizə uğurlar arzuladıq. Qazzayevin köməkçisi Nikolay Latış da vəzifəsindən getdi. "Tobol"un çətin maliyyə vəziyyətini dərk edən texniki direktor Vladimir Niderqaus və və məşqçi Andrey Miroşniçenko klubdan ayrıldı. Beləliklə, əmək haqqlarını asanlaşdırdılar. Onların heç biri təzminat istəmədi. Futbolçular da maaşların azaldılmasında razılığa gəldi. "Astana"nın büdcəsi bizdən 3 dəfə çoxdur. Mübarizə aparacağıq, ancaq çempionluq üçün güclənmək lazımdır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right