APOEL-in baş məşqçisi: “Qarabağ” güclü və texnikalı komandadır”

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" - "Dandolk" cütünün qalibi ilə qarşılaşacaq APOEL-in baş məşqçisi Paolo Trametsani açıqlama verib.

 

Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis II təsnifat mərhələsində Monteneqronun “Sutyeska” klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra növbəti mərhələdəki potensial rəqibləriylə bağlı danışıb:

 

“Bu mərhələdə zəif rəqib olmur. Hər bir klub güclü, fərqli komandalardır. “Dandolk” süni örtüklü, kiçik stadionda oynayır. “Qarabağ” isə güclü və texnikalı komandadır. Heyətində uzun illərdir birlikdə çıxış edən yaxşı futbolçular var. Rəqibin kimliyindən asılı olmayaraq, bu mərhələdəki oyunlar çətin keçəcək”.

 

"Qarabağ" - "Dandolk" oyunu bu gün 21:00-da "Dalğa Arena"da baş tutacaq. Paolo Trametsani matçı izləmək üçün Bakıya gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right