İtaliyalı qapıçı "Qarabağ"a keçməyəcək

İtaliyanın "Udineze" klubunun qapıçısı Simone Skuffet "Qarabağ"a transfer olmayacaq.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı qapıçının İtaliyanın başqa klubuna keçmək variantı var.

Tuttomercatoweb.com saytı Ağdam klubunun italiyalı qolkiperi satın alma şərtiylə icarəyə götürmək üçün 500 min avro təklif etdiyini yazmışdı. Lakin klublar danışıqlarda anlaşa bilməmişdi.

"Udineze"nin yetirməsi olan Simone Skuffet 2013-cü ildən bu klubun əsas komandasında yer alır. Qolkiper son mövsümü Türkiyənin "Kasımpaşa" klubunda keçirib. Skuffet İtaliyanın U-17, U-18, U-19 və U-21 yığmalarının fomasını geyinib.

İtaliyada istedadlı qapıçı kimi göstərilən Simonenin "Udineze" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right