"Sumqayıt"ın Türkiyədə növbəti sınağı Yenilənir

Ankarada təli-məşq toplanışını davam etdirən "Sumqayıt" bu gün növbəti yoxlama oyununu keçirəcək. 

Newsport.az-ın məlumatına görə, Ayan Abbasovun komandası qardaş ölkədəki 4-cü sınağında Türkiyə Super Liqası təmsilçisi "Gənclərbirliyi" ilə qarşılaşacaq. Kızılcahamam stadionunda olacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, ,"Sumqayıt" bundan əvvəl "Petrolul"la (Rumıniya) heç-heçə (2:2) edib, "Ahal"a (Türkmənistan) qalib (1:0) gəlib, "Diyarbekirspor"a (Türkiyə) isə məğlub (0:1) olub.

Yoxlama oyunu

29 iyul

18:00 "Sumqayıt" - "Gənclərbirliyi" (Türkiyə)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right