Elnur Cəfərovun yeni klubu müəyyənləşdi: əvəzedicilərdə çıxış edəcək

İlin əvvəlində "Keşlə"dən ayrılan Elnur Cəfərov "Sumqayıt"a keçib.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı vinger əvəzedici komandanın heyətində çıxış edəcək. Azərbaycanın U-21 millisinin sabiq üzvü "Səbail-2" və "Neftçi-2" komandaları ilə yoxlama görüşündə meydana çıxıb. Cəfərov hər oyunda bir qol vurub.

"Sumqayıt-2" "Səbail-2" ilə 3:3 hesablı heç-heçə edib, "Neftçi-2"yə uduzub - 2:3.

Elnur özünü yaxşı göstərsə, əsas komandada da oyunlara çıxa biləcək.

"Xəzər Lənkəran"ın yetirməsi "Tondela" (Portuqaliya), "Duqopolye" (Xorvatiya), "Neftçi" və "Keşlə" klublarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right