Maksim Medvedevdən "Qarabağ"a sevindirici xəbər

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Dandolk"la keçirilən səfər oyununda (1:1) zədələnən Maksim Medvedev məşqlərə başlayıb.

Newsport.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi kollektiv məşqlərə qoşulub.

Bundan əlavə, ilk oyunu buraxan Filip Ozobiçlə Miçel də cavab görüşündə oynamağa hazırdır. Bədavi Hüseynov isə zədə səbəbindən yenə kənarda qalacaq.

İyulun 31-i "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" oyununun start fiti 21:00-da səslənəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right