"Qarabağ" italiyalı qapıçı üçün 500 min avro təklif etdi - tərəflər anlaşmadı

"Qarabağ" İtaliyanın "Udineze" klubunun qapıçısı Simone Skuffetin transferi üçün təklif yollayıb.

Newsport.az tuttomercatoweb.com saytına istinadən xəbər verir ki, Ağdam klubu 23 yaşlı qolkiperi icarəyə götürmək üçün 500 min avro təklif yollayıb. "Qarabağ" italiyalı əlcək sahibini satın alma şərtiylə heyətinə qatmaq istəsə də, tərəflər anlaşmayıb.

"Udineze"nin yetirməsi olan Simone Skuffet 2013-cü ildən bu klubun əsas komandasında yer alır. Qolkiper son mövsümü Türkiyənin "Kasımpaşa" klubunda keçirib. Skuffet İtaliyanın U-17, U-18, U-19 və U-21 yığmalarının fomasını geyinib.

Gənc qapıçının "Udineze" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right