Emin Mahmudov: "Qarabağ"la "Neftçi" "Spartak" və "Zenit"i də keçə bilər"

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Rusiyanın "Arsenal" klubunu məğlub edən (1:0) "Neftçi"nin kapitanı Emin Mahmudov fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi öncə oyunu şərh edib:

- Əks-hücumda rəqibi yaxaladıq. Cinahdan hücuma tez keçib, qol vurduq. Fasilədə məşqçimiz dedi ki, özümüzə inanmalıyıq və belə olan halda qalib gələ bilərik. İndi ikinci oyuna hazırlaşacağıq. Evdə həmişə fərqli oynayırıq. Bu dəfə daha çox hücum edəcəyik.

- Baqali Dabonun yoxluğu komandada hiss edilir?

- Bəli, Baqali Dabo hücumlarımızda əsas silahdır. Dabonu yenidən sıralarımızda görmək istəyirik. Avropa Liqasına onsuz start vermişik. Onun komandada olması ilə daha yaxşı hücumlar təşkil edə bilərik. Ancaq bizə kömək edən Rauf Əliyev də var. Rauf çox mübarizə apardı. Ona görə də Dabonun yoxluğu hiss olunmadı.

- Cavab oyunu barədə nə düşünürsünüz?

- Cavab oyunu daha da çətin keçəcək. Rəqib də oyuna köklənmiş olacaq. İki oyunlu duellərdə istənilən komandanı məğlub edə bilərsiniz. İki matç formatında "Qarabağ", "Spartak" və "Zenit"i keçə bilər. Bunu "Neftçi" də bacarar. Çempionatda isə çətin və fərqli olur. Ona görə "Qarabağ"la "Neftçi"nin Rusiya Premyer Liqasında birinci yox, ikinci səkkizlikdə oynaya biləcəyini demişdim.

- Növbəti mərhələni neçə faiz təmin etmisiniz?

- Növbəti tur barədə düşünmək hələ tezdir. Cavab oyununda da yaxşı oynamalıyıq. Topla daha yaxşısını edə bilərik. 

- Hansı komponentlərə görə qalib gəldiniz?

- Futboldan daha çox mübarizə var idi. "Arsenal"ın oyuna nəzarət etməsinə, hücumlara çıxmasına izacə vermədik. Pressinqlə bunu edirdik. Rəqib icazə verdiyimiz qədər oynadı.

- Keçmiş komanda yoldaşın Kirill Kombarovla münasibətin necədir?

- Tez-tez Rusiyaya qayıdıram. Çünki Moskvada evim var. "Arsenal"ın kapitanı Kombarovla da oyundan öncə danışdım. Sabiq komanda yoldaşımla münasibətimiz yaxşıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right