"Keşlə" 150 minə satdığı futbolçunu 300 minə geri qaytarıb transferin detalları

"Keşlə" ötən günlərdə Rumıniyanın "Universitatya Krayova" klubunun yarımmüdafiəçisi Sezar Meza Kollini transfer etdi. Paytaxt klubu ötən yay 150 min avroya satdığı futbolçunu bir illik icarəyə götürdüyünü açıqlayıb.

 

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi 27 yaşlı yarımmüdafiəçini 300 min avroya transfer hüququna yiyələnəcək. "Ağ-qırmızılar" ötən yay 150 min avroya satdığı oyunçunu ikiqat qiymətə geri qaytarıb. Futbolçunun maaşı bonuslarla birgə 10 min avronu keçəcək. "Keşlə" futbolçuya əvvələr vermədiyi maaş borcunu da ödəyib.

 

Sezar Meza Kolli 2017-2018 mövsümünün ikinci yarısında "Keşlə"də oynamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right