Azərbaycan millisi FIFA-nın reytinqində irəlilədi

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

 

Newsport.az xəbər verir ki, Azərbaycan yığması irəliləyişə nail olub. Komanda geridə qalan müddət ərzində heç bir oyun keçirməyib. Ancaq Zimbabvenin geriləməsi sayəsində aktivindəki 1188 xalla yığma 109-cu pillədə Bəhreynlə şərikdir.

 

Farer adaları (108) və Mərkəzi Afrika Respublikası (111) ən yaxın "qonşular"dır.

 

Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya və Uels 1 addım geriləyibsə (müvafiq olaraq, 7 və 24-cü yerlər) Macarıstan 3 pillə geriləyərək, 45-ci yerə düşüb. Yalnız Slovakiya yerində qalıb - 31-ci pillə.

 

Siyahıya Belçika başçılıq edir, Braziliya 2-ci, Fransa 3-cüdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right