"Qarabağ" "Udineze"nin qapıçısını transfer edir

"Qarabağ" İtaliyanın "Udineze" klubunun qapıçısı Simone Skuffeti transfer etmək istəyir.

 

Newsport.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Udineze"nin qolkiperi Simone Skuffetin transferi üçün təklif göndərib. İtaliyalı qolkiper təklifi nəzərdən keçirir.

 

"Udineze"nin yetirməsi olan Simone Skuffet 2013-cü ildən bu klubun əsas komandasında yer alır. O, daha əvvəl "Komo" və "Kasımpaşa"da icarə əsasında çıxış edib. Qolkiper son mövsümü məhz Türkiyə klubunda keçirib. Skuffet İtaliyanın U-17, U-18, U-19 və U-21 yığmalarının fomasını geyinib.

 

23 yaşlı futoblçunun "Udineze" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right