Abdullah Zubir: "Dandalk"la cavab oyununa final matçına hazırlaşdığımız kimi hazırlaşmalıyıq" MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə İrlandiyanın "Dandalk" klubuna qarşı keçirdikləri matçla bağlı (1:1) Newsport.az saytının əməkdaşına müsahibə verib: 

- Səfərdən qollu bərabərliklə (1:1) qayıdırsınız. Matçla bağlı fikirləriniz necədir?

- Daha yaxşı ola bilərdi, amma alınmadı. Ümumilikdə, nəticəni yaxşı hesab edirəm. 

- İki fərqli hissə izlədik. Bu, nə ilə bağlı idi? İrlandiyaya uzun yol sizin planlarınıza təsir edib?

- Deyə bilmərəm ki, nəyə görə belə oldu. Bəlkə də, ilk hissədəki oyunumuzu gördülər, ikinci yarıda fərqli oynadılar. Amma bizim ikinci hissədə də şanslarımız oldu, lakin qol vura bilmədik. Ona görə də hansısa xüsusi səbəblə əlaqələndirmək istəməzdim. 

- Oyunu öz üzərinə götürməyə çalışırsan. Bu, baş məşqçinin tapşırığıdır?

- Yox, hansısa xüsusi tapşırıq yox idi. Həmişəki oyunumu ortaya qoymağa çalışırdım. Təbii ki, baş məşqçimizin göstərişləri də var, onları meydanda etməyə çalışdım. 

- Yeni transfer Xaime Romero ilə meydandakı anlaşmanız barədə nə deyə bilərsiniz?

- Onun futbol anlayışı yaxşıdır. Ona görə də Xaime ilə eyni komandada oynamaq zövq verir. Onun komandanın gücünə güc qatacağına inanıram. 

- Cavab matçı ilə bağlı nə deyə bilərsən?

- Çox yaxşı hazırlaşmalıyıq. Final oyununa hazırlaşdığımız kimi hazırlaşmalıyıq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right