Maksim Medvedev son durumunu Newsport.az-a açıqladı CAVAB MATÇINDA OYNAYACAQ?

"Qarabağ"ın futbolçusu Maksim Medvedevin durumuna aydınlıq gəlib.  

Newsport.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Dandalk"a qarşı keçirilən qarşılaşmanın ikinci hissəsinin əvvəlində oyunu davam etdirə bilmədiyi üçün əvəzlənən futbolçunun vəziyyəti yaxşıdır. 

Təcrübəli futbolçu saytımıza açıqlamasında əvəzlənməsinin hansısa zədə ilə bağlı olmadığını deyib: "Zədə ilə bağlı hansısa problemim yoxdur. Özümü bir qədər pis hiss elədim və bu barədə baş məşqçiyə məlumat verdim. Əvəzlənməyimi özüm istədim. İnşallah, cavab matçına hazır olacağam". 

Qeyd edək ki, tərəflər arasında cavab oyunu iyulun 31-də "Dalğa Arena"da keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right